Bəxtiyar Qazıbəyov DÇ-də mübarizəni erkən dayandırdı

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Komanda.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib.

Görüş idmançımız üçün uğursuz alınıb. B.Qazıbəyov 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.