Azərbaycan yığması Buxarestdə hamıdan güclü oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsinin qalibi olub.

Komanda.az xəbər verir ki, 1/4 finalda Çin millisi ilə qarşılaşan komandamız 21:17 hesabı ilə qalib gəlib.

Yarımfinalda qızlarımız Rumıniyanın “Rapid Buxarest” komandasını 21:18 hesabı ilə məğıub ediblər.

Finalda Azərbaycan yığmasının rəqibi “Seattle” klubu olub. Oyun basketbolçularımızın 21:18 hesablı qələbəsi ilə başa çatıb.

Basketbolçularımız ilkin qrup mərhələsində “Tsukuba”ya (Yaponiya) 21:10 və “Lozanna”ya (İsveçrə) 21:11 hesabları ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button