
Azərbaycan millisinin Moldova ilə oyununun hakimləri bilindi
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Moldova ilə qarşılaşacağı matçın hakimləri məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan olan Daniele Dadamo kömək edəcək.
Martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldova görüşü saat 19:00-da başlayacaq.
Azərbaycan yığması yer aldığı 3-cü qrupda 6 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



