Azərbaycan millisinin futbolçusu “Vanspor”a keçdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, Türkiyənin “Vanspor” klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.

Oyunçu ilə iki illik müqavilə imzalanıb.

Ozan Can Kökçü son olaraq Niderlandda “Volendam”ın formasını geyinib. “Vanspor” Türkiyə 1-ci Liqasında mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button