Azərbaycan millisi ikinci oyunda məğlub oldu

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyunda məğlub olub.

Komanda.az xəbər verir ki, komandamız Andorra seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.

Millimiz ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button