
Azərbaycan millisi bu gün dünya kubokunda Almaniya ilə qarşılaşacaq
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda bu gün növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda 1/4 finalda Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



