
Azərbaycan cüdoçularından Avropa kubokunda daha 2 medal
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa kubokunda daha 2 medal qazanıblar.
Cüdo Federasiyasından Komanda.az-a verilən məlumata görə, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.
Beləliklə, cüdoçularımızın Avropa kubokunda əldə etdikləri medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.
Bu gün Avropa kubokunda daha 5 cüdoçu tatamiyə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



