“Azarkeşlərimiz buna layiq deyil” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 28-ci turunun “Fiorentina” ilə görüşünü (0:1) dəyərləndirib.

Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, o, komandasının üç oyundur qol vura bilmədiyini diqqətə çatdırıb:

“Artıq üç oyundur ki, qol vura bilmirik. Bu, bizi sevindirə bilməz. Öz meydanımızda iki oyunda məğlub olduq. Azarkeşlərimiz buna layiq deyil. Daha nə deyə bilərəm?

Aqressiv oynamaq lazımdır. Lakin bu, təkcə hücumçulara yox, bütün komandaya aiddir. Futbolçularımın meydanda əllərindən gələni etməsi ilə bağlı heç bir şikayətim yoxdur”.

Milan klubu hazırda İtaliya çempionatının turnir cədvəlində 50 xalla 3-cü, “Fiorentina” isə 40 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button