“Turan Tovuz” üçün gələcək daha faydalı olacaq” – MÜSAHİBƏ

“Turan Tovuz”un qapıçısı Kamal Bayramovun Komanda.az saytına müsahibəsi:

  • Son turda “Kəpəz”i məğlub etdiz. Oyun haqda düşüncələriniz nədir?
  • “Kəpəz” və ya digər klublarımız fərq etmirdi. Azarkeşlərimizi sevindirmək istəyirdik. Önəmli olan budur. Maraqlı oyun alındı. Hər kəsə təşəkkür edirəm. Çətin bir mövsüm oldu. Minnətdaram.
  • Başa çatan mövsüm haqda nə deyə bilərsiz?
  • Uzun bir marafonun sonunu dünən bitirdik. Çətin mövsüm oldu. Eniş-yoxuşlar yaşadıq. Daha da yaxşı ola bilərdik. Hər şey istədiyimiz kimi olmur bu həyatda. İki ildə böyük işlər görülüb. Düşünürəm ki, “Turan Tovuz” üçün gələcək daha faydalı olacaq.
  • Gələn mövsüm üçün gözləntiləriniz nələrdir?
  • Klubla müqaviləm bitib. Bu suallara cavab vermək mənim hazırkı məsuliyyətim deyil. Hər nə olacaqsa, komandam üçün xeyirli olmasını istəyirəm.
  • Son zamanlar “Turan Tovuz”un oyun üslubu tənqid edilirdi. Bu barədə nə düşünürsüz?
  • Hər insanın öz baxışı var, kimsə bəyənə, kimsə bəyənməyə bilər. Hörmətlə yanaşıram. Çox sayda mütəxəssisin fikirlərinə rast gəlirik. Çempionatda rəqiblərdən bəzən üstün, bəzən bərabər səviyyəli oyun göstərmişik. “Qarabağ”dan sonra ən çox qol vuran, ən çox qol epizodu yaradan komandayıq.
  • Bu mövsüm keçirdiyiniz oyunlardan hansı daha çox yadınızda qalıb?
  • Bütün oyunlar maraqlı, həyəcanlı keçirdi. Komanda olaraq bir çox yadda qalan oyunlarımız oldu.
  • Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq kimi bir hədəf var idi?
  • Qarşımıza elə bir hədəf qoyulmamışdı. Sona beş tur qalmış Konfrans Liqası üçün mübarizədən qopduq. İtkilər çox oldu. Futbolçu olaraq əlbəttə, istərdik. Bu da bir təcrübə oldu bizə.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button