Azad Rəhimov dünyasını dəyişdi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sosial şəbəkə hesabında məlumat paylaşıb.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamına əsasən Azad Rəhimov Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Azad Rəhimov bir neçə ay idi ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.