Azad Rəhimov 2-ci Fəxri xiyabanda dəfn edildi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.

Komanda.az xəbər verir ki, Rəhimovun cənazəsi 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə dövlət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.

Azad Rəhimov aprelin 30-da, ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.