“Azərreyl” “Gəncə”ni məğlub etdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Azərreyl” ortabablardan sayılan “Gəncə”ni sınağa çəkib.

Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Gəncə” rəqibinə müqavimət göstərə bilməyib. Nəticədə bölgə təmsilçisi 0:3 (21:25, 18:25, 16:25) hesabı ilə məğlub olub.

Bu qələbə sayəsində xallarının sayını 18-ə yüksəldən “Azərreyl” “Abşeron”la birlikdə turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 9 xalda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button