Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

Azərbaycanlı futbolçu Bəhruz Qurbanlı karyerasını İspaniyanın “Union Deportivo Montijo” komandasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

“Neftçi”nin yetirməsi və U-19 komandasının üzvü olmuş 18 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

“Union Deportivo Montijo” Sequnda divizionunun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda “Union Deportivo Montijo” 18 komanda arasında 17-ci yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button