Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə uduzdu

Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən qran-pridə bürünc medal qazanmaq şansını əldən verib.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.

Eyni çəkidəki Nurlan Osmanov da bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb.

Yarış iyunun 4-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button