Azərbaycan yığmasından Antalyada ikinci qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Komanda.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.

Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

Millimiz daha öncə Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasına 4:2 hesabıyla qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button