Azərbaycan yığması Farer adaları üzərində qələbə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.

Millimiz Millətlər Liqasında növbəti oyununu oktyabrın 31-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button