Azərbaycan təmsilçisinin ÇL-dəki rəqibləri bəlli olur

Bu gün Bakı vaxtıyla saat 19:30-da Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust-4 sentyabr tarixlərində Çernoqoriyanın Herseq-Novi şəhərində yerləşən “Polino Arena”da baş tutacaq.

Komandalar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.

Xatırladaq ki, sayca beşinci dəfə keçiriləcək ÇL-də Azərbaycanı bu mövsüm “Alfa Fire” liqanın son qalibi “Beerbaşa” komandası təmsil edəcək. Komanda avqustun sonunda Bakı-İstanbul-Podqoritsa reysi ilə Çernoqoriyaya yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button