“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edib. Oyun Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha iki oyunu dünən keçirilib. Əvvəlcə Qəbələdə meydana “Kəpəz”lə lider “Qarabağ” çıxıb. Ağdam təmsilçisi bu görüşdə çətinliklə qələbə qazana bilib.

Günün son matçı Zirədə baş tutub. “Zirə” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Qonaqlar son dəqiqə qolu ilə qalib gəliblər.

Tura bu gün keçirilən oyunlarla yekun vurulub. Əvvəlcə “Araz-Naxçıvan” “Sumqayıt”la qarşılaşıb. Bu görüşdə tərəflər hərəyə bir qol və bir xalla kifayətlənib.

Turun son matçında “Neftçi” autsayder “Qəbələ”ni qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

Azərbaycan Premyer Liqası, 20-ci tur

26 yanvar

Turan Tovuz – Səbail 3:1
Qol: Ayxan Quseynov, 24. Luis Paçu, 73; 86 – Pedro Nuno, 81.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 77. Ayub Masika, 7. Madi Queta
Baş məşqçi: Şahin Diniyev

27 yanvar

Kəpəz – Qarabağ 1:2
Qol: Olavale Onanuqa, 72 – Olavio Juninyo, 78. Toral Bayramov, 90+6-pen.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov

Zirə – Sabah 0:1
Qol: Sofian Çakla, 90+10-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev

28 yanvar

Araz-Naxçıvan – Sumqayıt 1:1
Qol: Vanderson Melo, 59 – İsa Suliman, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes
Baş məşqçi: Azər Bağırov

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov

Neftçi – Qəbələ 3:1
Qollar: Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 – Emil Səfərov, 87.
Qırmızı vərəqə: Zurab Oçiqava, 59.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 16. Lukas Melano, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

Qəbələ: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button