Azərbaycan millisi Almaniyaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Almaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda  keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan millisi ilkin seçmə mərhələnin ilk oyununda Yunanıstana 1:6 hesabıyla məğlub olmuşdu.

Avropa çempionatı, ilkin seçmə mərhələ

16 noyabr

Almaniya U-17 – Azərbaycan U-17 2:0
Baş hakim:
Denis Şurman (Ukrana)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button