Azərbaycan millisi Olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.

B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi aprelin 13-də Monqolustan və Niderland yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button