Azərbaycan millisi İranla heç-heçəyə razılaşdı

Futzal üzrə Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, ilk oyunda Rusiyaya yenilən (1:2) millimiz bu dəfə Qazaxıstanı məğlub etmiş İranla qarşılaşıb.

Baş məşqçi Joze Alesio Da Silva ilk matçdakı “5-lik”lə oyuna başlayıb. Hesab isə erkən açılıb. Təzyiqi artıran millimiz 4-cü dəqiqədə avtoqola sevinib. Cərimə zərbəsi zamanı Sanqsefidi topu geri qaytarmaq istəyərkən qol qeydə alınıb. Bundan sonra da millimiz üstün tərəf olub. Kardoso, Thaqo və Eduardonun zərbələrini qapıçı zərərsizləşdirib. 18-ci dəqiqədə Amadeunun qüvvətli zərbəsi qarşısıalınmaz olub. İkinci hissənin startından hesabda geri olan İran təzyiq etməyə başlayıb. Nəticədə 22-ci dəqiqədə fərq minimuma endirilib. 32-ci dəqiqədə artıq komandaların passivində 5 cərimə xalı var idi. Bundan millimiz faydalana bilərdi. Bunun üçün 32-ci dəqiqədə hakimin təyin etdiyi 10 metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirmək lazımdı ki, Kardoso bunu bacarmayıb. Əvəzində 35-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib.

Qeyd edək ki, komandamızı dəstəkləmək üçün Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) region nümayəndəliyinin üzvləri də arenaya gəlmişdilər. Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Caspian Cup-2019

23 sentyabr

İran – Azərbaycan 2:2
Qol
: M.Cavid, 21:17. A.Orudji, 34:09 – M.Sanqsefidi, 03:17-öz qapısına. Amadeu, 17:31.
Hakimlər: Vladimir Kadıkov, Yuri Neverov, Sergey Mixeev.
Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00.

İran: 1. Sepehr Mohammad (q), 5. Hamid Əhmədidazadj, 6. Mohammadreza Sanqsefidi, 9. Sayid Əhməd Abbas, 11. Qodrad Bahadori, 2. Alireza Samimi (q), 7. Ali Hassanzade (k), 10. Hosseyin Tayibi, 3.Amhad Esmailpour, 4. Behzad Əzimi, 8. Abolqasim Orudji, 12. Mohammad Şadjari, 13. Farhad Tovakoli, 14. Mehdi Cavid.
Baş məşqçi: Mohammad Nazemalşarieh.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 13. Cardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto.
Baş məşqçi: Joze Alesio Da Silva.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button