“Azərbaycan millisi ilə oyunda ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq”

Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına müsahibəsində bunları söyləyib:

“Əvvəlki oyunlarımızda etdiyimiz səhvləri düzəltməliyik. Oyunçular müdafiədə yaxşı çıxış etdiyimizi bilirlər. Bu halda hücumda effektivliyi artırmaq lazımdır. Çünki kifayət qədər qol şansımız olur, sadəcə yararlana bilmirik. Hər şey öz əlimizdədir. Bunu sübut edə bilərik. Komanda tamamilə qarşıdakı oyunlara köklənib.

Azərbaycan millisinə qarşı müdafiədən oynayacağıq. Çünki, ilk növbədə, qapımızı qorumalıyıq. Görək, rəqib meydana hansı heyətlə çıxacaq. Amma biz öz oyunumuzu sərgiləmək istəyirik. Bunu edə bilsək, qalib gələrik”.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button