
Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oldu
Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına beynəlxalq turnirdə çıxışlarını başa vurublar.
Komanda.az xəbər verir ki, qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.
Bundan əlavə, 3 basketbolçumuz – Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



