De Byazi: “Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin yoxlama oyunu çərçivəsində Türkiyə ilə keçiriləcək matçdan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, De Byazi, media nümayəndələri ilə görüşdə bunları deyib:

“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burda olduğuma görə xoşbəxtəm. Türkiyə yığması Avropa çempionatına yüksələn güclü komandadır. Sabah yaxşı oynamağa, Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq. Onlara çətinliklər yaratmağımız rəqibin də AÇ-2020-də işinə yaraya bilər.

Bu vəzifədə 10 aydır çalışıram. Koronavirus pandemiyası çətinliklərimizi artırdı. Azərbaycan millisi keyfiyyətli komandadır. Beynəlxalq arenalardakı oyunlarla böyüməyə və inkişaf etməyə çalışırıq. Azərbaycanın gələcəkdə daha güclü komanda olacağını düşünürəm”.

Türkiyə – Azərbaycan matçı sabah, saat 21:00-da, Alanyadakı “Oba” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button