Lüksemburq millisi Azərbaycanla oyuna bu “11-lik”lə çıxacaq

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Lüksemburqla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Jozi Bartel” stadionunda keçiriləcək qarşılaşma saat 23:45-də start götürəcək. Qarşılaşmanı almaniyalı referi Feliks Zvayer idarə edəcək.

Lüksemburq millisinin Azərbaycanla oyun üçün təxmini 11-liyi də məlum olub. Yığmanın baş məşqçisi Lyuk Holts bugünkü matçda 4-2-3-1 sxemindən istifadə edəcək.

Lüksemburq millisinin təxmini 11-liyi: Antoni Moris, Mika Pinto, Lars Gerson, Enes Mahmutoviç, Laurent Yans, Aldin Skenderoviç, Leandro Barreyro, Gerson Rodriqes, Vinsent Till, Daniel Sinani, Edvin Muratoviç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button