Azərbaycan kubokunun qalibi mükafatlandırıldı

Futzal üzrə Azərbaycan kubokunda “Neftçi” İK ilə “Baku Fire” arasında keçirilən final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov, federasiyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər.

Əvvəlcə final matçını idarə etmiş hakimlərə və hakim-inspektora diplomlar verilib. Final görüşünün ən yaxşı oyunçusu “Baku Fire” klubun qapıçısı Elnur Zamanov seçilib. “Neftçi”yə finalın iştirakçısı olduğuna, “Baku Fire” komandasına isə qalib gəldiyinə görə medallar təqdim olunub. AFF-nin vitse-prezidenti Elşən Abasov Azərbaycan kubokunu “Baku Fire” komandasına təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button