
“Azərbaycan kubokunu qazandığım bütün titullardan üstün sayıram”
“Sabah” mayın 31-də Azərbaycan kubokunun finalında “Qarabağ”la üz-üzə gələcək.
Komanda.az xəbər verir ki, oyundan iki gün əvvəl Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Konfransa “bayquşlar”ın slovakiyalı hücumçusu Pavol Şafranko da qatılıb. O, oyunun hər iki komanda üçün gərgin keçəcəyini deyib:
“Bizi çox böyük bir oyun gözləyir. Oyun hər iki komanda üçün gərgin keçəcək. Və sizi əmin edirəm ki, biz əlimizdən gələni edəcəyik ki, qalib gələk. Əlbəttə ki, hər titul önəmlidir. Ancaq mən Azərbaycan kubokunu qazandığım bütün titullardan üstün sayıram. Yeni bir arenadır, stadionun örtüyü idealdır. Orda oynadığımız oyunlarda qələbələr qazanmışıq. Bu dəfə də bunu davam etdirməyə çalışacağıq”.
“Sabah” – “Qarabağ” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 19:00-da səslənəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



