Azərbaycan cüdoçularından Avropa kubokunda daha 2 medal

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa kubokunda daha 2 medal qazanıblar.

Cüdo Federasiyasından Komanda.az-a verilən məlumata görə, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.

Beləliklə, cüdoçularımızın Avropa kubokunda əldə etdikləri medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.

Bu gün Avropa kubokunda daha 5 cüdoçu tatamiyə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button