Azərbaycan cüdoçuları üçün beynəlxalq təlim-məşq toplanışı

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının üzvləri 22-24 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Komanda.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibarət yığmasının 17 oğlan idmançısı iştirak edib.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Azərbaycanın yeniyetmə qızlardan ibərət yığmasının üzvləri isə 22-24 mayda Polşanın Bielsko Biala şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq presesində yeniyetmə qızlardan ibarət yığma komandanın 6 üzvü iştirak edib.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edib.

Təlim-məşq toplanışı iyun və avqust aylarında keçiriləcək yeniyetmələr arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button