Azərbaycan basketbolçuları AÇ-yə hazırlaşırlar

İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 yığma komandaları Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.

Komanda.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.

U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyulda Kosovonun Priştina və 29 iyul – 6 avqust aralığında Bakı şəhərlərində keçiriləcək Avropa çempionatının “C” divizionlarının oyunlarına hazırlaşmaqdır.

Təlim-məşq toplanışı 15 iyuna qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button