“Azərreyl” vahid lider oldu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk iki turu itkisiz keçirən “Murov”la “Azərreyl” üz-üzə gəlib. Liderlərin Voleybol Mərkəzində keçirilən görüşündə ikincilər qalib gəliblər. “Murov”un gücü yalnız bir seti üstün tamamlamağa çatıb. Rəqibini 3:1 hesabı ilə (25:22, 25:22, 20:25, 25:20) məğlub edən “Azərreyl” 9 xalla vahid liderliyə yüksəlib. “Murov” isə 6 xalda qalıb.

3-cü tura saat 18:00-da başlayacaq UNEC – “Abşeron” oyunu ilə yekun vurulacaq. Hər iki komandanın hazırda aktivində xal yoxdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button