“Azərlotereya” və “Sabah” əməkdaşlığı genişləndirir

“Sabah” Basketbol Klubu ilə “Azərlotereya” ASC arasında görüş keçirilib.

Komanda.az xəbər verir ki, tərəflər arasında imzalanmış sponsorluq müqaviləsinə əsasən, “Azərloteraya” idmanda kütləviliyin təmin edilməsinə, gənc basketbolçuların yetişməsinə, basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, əməkdaşlıq əsnasında müxtəlif kampaniyalar keçirməklə basketbola azarkeş marağının artmasına dəstəkdir. 

Görüşdə çıxış edən “Sabah Peşəkar İdman Klubu” İctimai Birliyinin sədri Yaqub Hüseynov “Azərlotereya”nın kluba dəstəyini yüksək qiymətləndirərək uğurlu əməkdaşlıqdan məmnun olduğunu ifadə edib. 

Ölkədə idmanın inkişafına hər zaman dəstək olacaqlarını qeyd edən “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş da əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirərək kluba yeni nailliyyətlər arzulayıb. 

“Azərloteraya” “Sabah” BK-nın avrokubok və çempionat oyunlarında sponsor dəstəyi nümayiş etdirir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button