
Azərbaycanlı idmançı “Fair Play” mükafatına layiq görülüb
Azərbaycan parabadmintonçusu Ayan Əliyeva “Fair Play” mükafatına layiq görülüb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mükafat ona Serbiyada keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında təqdim edilib.
Ayan Əliyeva turnirdə nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə təşkilatçılar tərəfindən “Ədalətli Oyun” nominasiyasında fərqləndirilib.
Azərbaycan Badminton Federasiyası artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



