Azərbaycanlı atletlərdən Bişkekdə 8 medal

Qırğızıstanın paytaxtı Bişkek şəhərində atletika üzrə Olimpiya çempionu Tatyana Kolpakova mükafatı uğrunda beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verir ki, turnirdə Azərbaycan atletləri də çıxış ediblər.

Atletikanın uzunluğa tullanma proqramında Nazim Babayev (7.69 m) və Yelena Pextereva (6.10 m) qızıl, Yekaterina Sarıyeva (5.75 m) bürünc, eləcə də 100 metr məsafəyə qaçışda Əlhəm Nağıyev (10.86) gümüş medala layiq görülüblər.

Bundan başqa, üçtəkanla tullanmada Nazim Babayev (16.24 m) və Yekaterina Sarıyeva (13.95 m), 200 metr məsafəyə qaçışda Yelena Pextereva (25.11) və Əlhəm Nağıyev (21.59) qızıl medal qazanıblar.