“Azərbaycanla oyun bizim üçün ilk qola kimi davam etdi”

Futbol üzrə Qazaxıstan yığmasının yarımmüdafiəçisi Ramazan Orazov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu 0:3 hesabıyla uduzduqları matçdan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Digər oyunçular kimi, mən də komandamızın Millətlər Liqasındakı nəticəsindən bütövlükdə razıyam. Biz kifayət qədər yaxşı iş görmüşük. Azərbaycanla oyunda qırmızı vərəqəyə biz yaxşı təsir bağışlayırdıq. Amma 35-ci dəqiqədə Nuralı Alipin qırmızı vərəqə almasından sonra işimiz çətinləşdi. Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə. Həm də Belarusla matçdan cəmi iki gün keçmişdi. Oyuna qola kimi davam etdi. İlk qolu buraxdıqdan sonra bizim üçün ümumiyyətlə ağır oldu”.

Xatırladaq ki, Qazaxıstan yığması 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button