Azərbaycanın daha 3 boksçusu AÇ-də mübarizəni dayandırdı

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin daha 3 üzvü rinqə çıxıb.

Milli üzvlərindən Rəşid Həsənov (64 kq) qitə birinciliyində ikinci döyüşünü keçirib. Debütdə Simon Vollmerə (Almaniya) qalib gələn boksçu bu dəfə isveçli Hampus Bromanla üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

Əzrək Bəbirovla (56 kq) Əsəd Baxşıyev (91 kq) də döyüşlərini keçiriblər. Onlar müvafiq olaraq, Selim Bouayta (Fransa) və Jumka Jaianiyə (Gürcüstan) uduzublar.

Qeyd edək ki, yarışda azərbaycanlı boksçulardan Murad Allahverdiyev (91 kq) sabah 1/4 final görüşünə çıxacaq. O, belaruslu Raman Kazyankovla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button