Azərbaycanın bədii gimnastları Monteneqroda 6 medal qazandı

Azərbaycanın bədii gimnastları Monteneqroda 6 medal qazanıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Monteneqroda keçirilmiş beynəlxalq turnirdə Azərbaycan təmsilçiləri 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. Belə ki, o, lentlə icra etdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alıb.

Gürzlərlə çıxış edən Kamilla gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə bürünc medal qazanıb.
Daha bir bürünc medalı isə o Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina öz növbəsində topla nümayiş etdirdiyi çıxışına görə bürünc medal qazanıb.

Yarışda iştirak edən Azərbaycanın digər təmsilçisi Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 5-ci yerdə qərarlaşıb.