Azərbaycan yığması Şotlandiyaya uduzdu

Azərbaycanın qadınlardan ibarət badminton millisi Avropa çempionatının təsnifat mərhələsinin ilk görüşündə Şotlandiyaya uduzub.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində büş tutan oyun rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyevanın heyətində yer aldığı yığmamız qrupda növbəti oyunlarını Estoniya və Slovakiyaya qarşı keçirəcək.

Reqlamentə əsasən, qrup qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button