Azərbaycan yığması Rumıniya üzərində qələbəyə sevindi

Azərbaycanın qadınlardan ibarət U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-14-cü yerlər uğrunda görüşdə Rumıniya seçməsi ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, oyun millimizin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz son oyununu 12 iyulda, Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.

Məlumat üçün bildirək ki, millimiz İsveçrəyə qalib gələrsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button