Azərbaycan yığması Avropa Liqasına məğlubiyyətlə başladı

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.

Komanda.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button