Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.

O, ən güclü 4-lüyə yüksəlmək üçün yunanıstanlı Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançı yarımfinalda bolqar Nikola Meitsovdan (15:14) güclü olub.

Qılıncoynadan həlledici qarşılaşmada Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button