“Azərbaycan ölkə, cəmiyyət olaraq məni çox təəccübləndirdi” – Müsahibə

Mövsümün sonunda “Zirə”dən ayrılan Alvaro Ampuero müsahibə verib.

Komanda.az xəbər verir ki, “depor.com”a danışan perulu müdafiəçi, Azərbaycandakı karyerası, yaşayışı barədə danışıb:

  • Azərbaycanda karantin rejimini necə keçirirdiz?
  • Azərbaycandakı vəziyyət daha yaxşı idi. Evdən çıxmamaq və insanların çox olduğu yerə getməmək tövsiyə edilirdi. Mən də elə etdim. Artıq bir neçə həftədir Perudayam.
  • Azərbaycanda qazandığınız təcrübə barədə nə deyə bilərsiz?
  • Azərbaycan ölkə, cəmiyyət olaraq məni çox təəccübləndirdi. Qısa vaxtda buna öyrəşdim, orda olduqca rəqabətli çempionat var. Çempionatda yaxşı komandalar var. Mənim üçün müsbət il oldu. Mövsümöncəsi hazırlıqda Avropa klubları ilə qarşılaşdıq.
  • Orda qarşılaşdığınız ən qəribə vəziyyət nə idi? Futbolçuların oyunun fasiləsində dua etdikləri doğrudur?
  • Bəli, əslində din çox nəzərə çarpır. İslam dininə sahibdirlər və adət-ənənələrə çox əməl edirlər. Əvvəllər buna təəccüblənirdim, çünki namaz əyləncə saatına düşürdüsə, bunu ordaca edirdilər.
  • Ünsiyyət məsələsi necə oldu?
  • Dilləri çox qarışıqdır. Türkçə və rusca da danışırlar. İngiliscə danışmağa çalışırdım, amma futbol üçün lazım olan kəlmələri öyrəndim. Bəzi əsas şeyləri öyrənmək olur.
  • Gündəlik həyatınızla bağlı da danışaq.
  • Çox ucuz olduğu üçün taksi ilə gəzirdim. Sonradan ispan dilini bilən tərcüməçimiz mənə kömək edirdi. Bir müddət sonra onu narahat etməməyə çalışdım (gülür).
  • Komandanızda cənubi amerikalıların sayı çox idi?
  • İndi də dostum olan bir paraqvaylı və ispanca danışan daha iki nəfər vardı. Biri haitili, digəri isə argentinalı idi.
  • “Zirə” ilə müqavilə şərtləriniz necə idi?
  • İcarə əsasında çıxış edirdim. “Deportivo Minisipial” ilə müqaviləm də başa çatdı. Pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldı.
  • Azərbaycandakı karyera sizə nə verdi?
  • Düşünürəm ki, müdafiəçi keyfiyyətlərimi daha da yaxşılaşdıra bilərdim. Çünki hələ oyunlarımız qalmışdı. Komandamız hərdən 5 müdafiəçi ilə oynayırdı. Belədə baş məşqçi məndən daha çox müdafiəyəmeylli oynamağımı xahiş edirdi. Mən də öyrənməli olurdum. 
  • Komanda yoldaşlarınız İtaliya A Seriyasında oynadığınızı bilirdi?
  • Ora gedəndə baş məşqçi bu barədə komandaya məlumat vermişdi. Tez-tez məndən İtaliya və Cənubi Amerika futbolu haqqqında soruşurdular.
  • Azərbaycandan qayıdışınız necə alındı?
  • Ora inanılmaz ölkədir. Təklif mümkün olsaydı, yenə Azərbaycanda qalardım. Qayıtmağa gəlincə, bir yol tapdım. Amma sevgilimlə birlikdə üç gün Amsterdam aeroportunda qalmalı oldum.