Azərbaycan millisinin üzvü Antalyaya aparılmadı – Pasportuna görə
Futbolçu Nuğay Rəşidov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.
Komanda.az xəbər verir ki, “Qəbələ” klubundan toplanışa dəvət olunmuş Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.
Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov yeni pasport almaylb. Bu üzdən də o, qarşıdakı toplanışdan kənarda qalıb.
Xatırladaq ki, bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alan “Qəbələ”nin daha bir futbolçusu Sənan Qərimov da səhhəti ilə əlaqədar heyətdən çıxarılıb.
Bizi Facebook-da izləyin