Azərbaycan millisinin rəqiblərinin oyununda darmadağın
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldğı 3-cü qrupda ötən gün daha bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, Moldova yığması doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb.
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
İndiyə qədər bu komandalar final mərhələsində iştirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin