Azərbaycan millisinin rəqibi gürcülərlə qarşılaşacaq

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığması yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, xorvatlar Gürcüstan millisiylə qarşılaşacaq. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xorvatiya ilə Gürcüstan arasındakı yoxlama oyunu noyabrın 19-da keçiriləcək. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv iyunun 11-də isə Tunis yığması ilə qarşılaşacaq.

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan matçı martın 21-da oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button