Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olundu

17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoxlama oyunları ləğv edilib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.