Azərbaycan millisi Qazaxıstanı 3 cavabsız qolla yendi

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Qazaxıstan yığmasını qəbul edib. “Dalğa Arena”dakı qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edib.

Bu oyundan öncə 13 xalı olan qazaxlar B Liqası və pley-offa vəsiqəni təmin etmişdilər. Azərbaycan millisi isə 7 xalla 2-ci pillədə qərarlaşmışdı. Komandamız bu rəqibini 3 cavabsız qolla məğlub edib və bu tsikli qrup ikincisi kimi başa vurub.

Bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olub. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur

25 sentyabr

C Liqası, 3-cü qrup

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.
Qırmızı vərəqə: N.Alip, 36.
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, “Dalğa Arena” stadionu

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.
Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Bağdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin.
Ehtiyat oyunçular: 1. Bekxan Şaizada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtuzayev, 11. Yan Voroqovski, 14. Samat Jarinbetov, 16. Mixail Qabışev, 17. Abat Aimbetov, 19. Talqat Kussyapov, 23. Adilet Sadibekov.
Baş məşqçi: Məhəmməd Adıyev.

20:00 Slovakiya – Belarus 1:1
Qol
: Zrelak, 65 – Baxar, 45.

Xal: Qazaxıstan – 13, Azərbaycan – 10, Slovakiya – 7, Belarus – 3

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button