Mahir Emrelinin 2-ci koronavirus testi neqativ çıxdı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi “Legiya” klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq “tvitter” hesabında paylaşım edib. O, Mahirin ikinci koronavirus testinin nəticəsinin neqativ çıxdığını bildirib.

AFFA Mahir Emrelinin 1-ci koronavirus testinin nəticəsinin müsbət olduğunu və bu səbəbdən, hücumçunun DÇ-2022-nin Serbiya ilə səfər matçında iştirak etməyəcəyini açıqlayıb.

Bu gün keçiriləcək Serbiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.