Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun iyunun 28-də keçiriləcək.