Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.

Bu komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button